Bakıda azyaşlı faciəli şəkildə ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda azyaşlı faciəli şəkildə ölüb

12:35 - 22 / 04 / 2019
Bakıda azyaşlı faciəli şəkildə ölüb

Bakıda azyaşlı faciəli şəkildə ölüb.

1news.az-ın ONA-ya istinadla verdiyi xəbərə görə,hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2013-cü il təvəllüdlü Ayxan Elmir oğlu Cavadlı çirkab suların axıdıldığı quyuya düşərək boğulub.

Məlumat əsasında Qaradağ rayon Polis İdarəsinin və rayon Prokurorluğunun əməkdaşlarının iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
428

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər