Vüsal Qasımlı: Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı gözlənilir
Aprelin 23-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Doing Business 2020"yə dair islahat icmalı təqdim edilib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bununla bağlı keçirilən keçirilən mətbuat konfransında mərkəzin icraçı direktoru Vüsal Qasımlı son bir ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu islahatların həyata keçirildiyini deyib. Bildirib ki, biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam etdirilir, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə bir pəncərə, kreditə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm islahatlar aparılıb. Bu səbəbdən Azərbaycanın növbəti ildə də "ən islahatçı ölkə" statusunu qoruyacağı gözlənilir.
İcmalda 11 indikator üzrə mövcud olan və daha sonra dəyişdirilən, sadələşdirilən prosedurlar haqqında ətraflı məlumat verilib.
S.Xankişiyeva