Təhsil naziri direktoru işdən çıxardı | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil naziri direktoru işdən çıxardı

15:20 - 25 / 04 / 2019
Təhsil naziri direktoru işdən çıxardı

Təhsil naziri Ceyhun Bayramov Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin direktorunu işdən çıxarıb.

1news.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Xatırladaq ki, 2019-cu il yanvar-fevral aylarında məktəb kollektivi tərəfindən Nazirliyə daxil olmuş şikayətlərin araşdırılması məqsədilə xüsusi komissiya yaradılıb.

Komissiya nümayəndələri tərəfindən məktəbdə aparılan yoxlamanın nəticəsi olaraq məktəb direktoruna və Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Hacıyevə aşkar olunmuş pozuntulara görə intizam tənbehi tətbiq edilib.

1news.az

 

Paylaş:
664

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər