AQTA pişiyin ət yediyi restoranla bağlı qərar verdi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AQTA pişiyin ət yediyi restoranla bağlı qərar verdi – FOTO

12:38 - 25 / 04 / 2019
AQTA pişiyin ət yediyi restoranla bağlı qərar verdi – FOTO

Bir neçə gün öncə mediada Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən “Kafe Park” restoranında pişiyin aparata asılan əti yeməsini əks etdirən görüntülər yayılmışdı.

Fakt Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən mediadan götürülərək aidiyyəti üzrə araşdırılıb.

AQTA-dan 1news.az-a verilən məlumata görə, araşdırmalar zamanı sözügedən ictimai-iaşə obyektinə baxış keçirilib. Baxış zamanı kafenin həyətində yüngül metal konstruksiyadan tikilmiş dönər bişirmə sahəsi və 40 nəfər üçün nəzərdə tutulmuş yemək qəbulu zalının və emal sahəsinin texniki-normativ sənədlərin tələblərinə cavab vermədiyi məlum olub.

Baxış zamanı ictimai-iaşə müəssisəsində müxtəlif növ un məmulatlarının hazırlanmasında istifadə olunan xammalların saxlanma şəraiti və emalının normativ qaydalara uyğun aparılmadığı və sanitar-gigiyenik qaydaların tələblərinə cavab vermədiyi təsdiqini tapıb.

Bütün bunları nəzərə alaraq qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektinin fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi barədə qərar verilib. Sahibkara qanun pozuntularının aradan qaldırılması üçün yerinə yetirməli olduğu konkret tədbirlər barədə məlumat verilib.

S.Xankişiyeva

Paylaş:
619

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər