“AS Qrup İnvestment” Çin şirkətinin dəstəyi ilə aqro-sənaye sahəsində fəaliyyətini genişləndirəcək – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“AS Qrup İnvestment” Çin şirkətinin dəstəyi ilə aqro-sənaye sahəsində fəaliyyətini genişləndirəcək – FOTO

11:30 - 26 / 04 / 2019
“AS Qrup İnvestment” Çin şirkətinin dəstəyi ilə aqro-sənaye sahəsində fəaliyyətini genişləndirəcək – FOTO

Çinin nəhəng dövlət korporasiyası “China CAMC Engineering Co., Ltd.” (CAMCE) ilə Azərbaycanın “AS Qrup İnvestment” arasında iri layihələrin həyata keçirilməsi ilə bağlı strateji əməkdaşlıq sazişi bağlanıb.

Razılaşma Pekində keçirilən Asiyanın ən iri iqtisadi toplantısı “One Belt One Road” (Bir Kəmər, Bir Yol) forumu çərçivəsində təşkil olunan görüş zamanı imzalanıb.

Sazişə əsasən CAMCE iki istiqamətdə: Aqro-Sənaye-Logistika Mərkəzinin yaradılması, və logistika bazasının genişləndirilməsi ilə bağlı “AS Qrup İnvestment”ə maliyyə və xidmət dəstəyi göstərəcək.

Birinci istiqamət üzrə “AS Qrup İnvestment”ə  aid “AS Aqro” şirkətinin fəaliyəti genişlənəcək – Quba, Göyçay, Bakı şəhərlərində Aqro-Sənaye-Logistika Mərkəzləri yaradılacaq. “AS Aqro” hazırda Hövsan qəsəbəsində Abşeron aqroparkının idarəçiliyi və inkişafı ilə məşğuldur.

Aqro-sənaye kompleksində meyvə konsentrantı və meyvə şirəsi istehsalı da nəzərdə tutulub. Bununla “AS Qrup İnvestment” yeni istehsalat sahəsində fəaliyyətə başlamış olacaq.

Strateji əməkdaşlığın ikinci istiqaməti isə şirkətlər qrupunun logistika xidmətlərinin dəfələrlə böyüdülməsini hədəfləyir. “Fresh Logistics” şirkətinin bazası artırılaraq soyuduculu yük maşınlarının sayı 200-ə çatdırılacaq. Şirkət hazırda 20 soyuduculu tırla ölkədaxili və beynəlxalq yükdaşıma xidməti həyata keçirir.

Sazişə əsasən tərəflər əlavə istiqamətlər üzrə potensial əməkdaşlıq imkanlarını da araşdıracaqlar. Bunun üçün AS və CAMCE şirkətlərinin rəhbərliyi səviyyəsində müxtəlif qarşılıqlı səfərlər və görüşlər nəzərdə tutulub.

Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı üçün 2016-cı ildə imzaladığı sərəncam və fərmanlar, bu sahədə görülən dəstək tədbirləri “AS Qrup İnvesment” aqro sektorda fəaliyyətə başlamasını stimullaşdırıb. Qısa zamanda böyüyən “AS Aqro” və “Fresh Logistics” şikətləri ölkədə yaradılmış münbit şəraitdən istiadə edərək daha da inkişaf edir və artıq xaricdən iri investisiyaların cəlbində iştirak edir.

Reklam hüququnda

 

Paylaş:
846

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər