ABŞ prezidentlərinin azərbaycanlı xanım tərcüməçisi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ prezidentlərinin azərbaycanlı xanım tərcüməçisi – FOTO

13:21 - 30 / 04 / 2019
ABŞ prezidentlərinin azərbaycanlı xanım tərcüməçisi – FOTO

Tanınmış jurnalist Emin Musəvi ABŞ-ın son 3 prezidentinə tərcüməçilik edən azərbaycanlı xanımla bağlı maraqlı paylaşım edib.

1news.az xəbər verir ki, E.Musəvi Olcay Kartari Raçedin hazırda ABŞ prezidenti Donald Trampın tərcüməçisi olduğunu bildirib. Bundan öncə isə Olcay xanım Corc Buş və Barak Obamaya tərcüməçilik edib.

Xüsusilə onu azərbaycanlılar 2016-cı ildə prezident Barak Obama ilə Türkiyə lideri Ərdoğanın görüşündə tərcüməçilik etməsindən sonra tanımışdı.

“Olcay xanımın babaları Marneulidəndir. Azərbaycanlıdır. ABŞ-a 80-ci illərdə köçüb”-  deyə, E.Musəvi qeyd edib.

1news.az

Paylaş:
771

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər