Yerli şirkətimizdən UBER və Bolta rəqib olacaq yeni tətbiqetmə 1news.az oxucularına xüsusi endirim – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yerli şirkətimizdən UBER və Bolta rəqib olacaq yeni tətbiqetmə 1news.az oxucularına xüsusi endirim – FOTO

12:00 - 01 / 05 / 2019
Yerli şirkətimizdən UBER və Bolta rəqib olacaq yeni tətbiqetmə 1news.az oxucularına xüsusi endirim – FOTO

Enar Taxi – qlobal şirkətlərə rəqib olacaq yerli səyahət tətbiqetməsini yayıma alıb.

Xarici və yerli mütəxəssislərin iştirakı ilə ərsəyə gətirilən tətbiqetmənin bugünlərdə istifadəyə verilməsi yerli bazarın inkişafı üçün ciddi addımlardan biri kimi dəyərləndirilir.

Yeni texnologiyaların gündəlik həyatımızı hər yönü ilə dəyişdirdiyi bir zamanda innovasiya və trendlərə ayaq uyduran şirkətlər də öz unikal həllərini müştərilərinə təqdim edirlər. Bu şirkətlərdən biri olan Enar Taxi, Bakıda yaşayan sakinlər üçün taksi xidmətini öz devizləri ilə desək “Bir klik qədər sadə” etməyə köklənib. Hazırda App Store və Play Store mağazalarında yerləşdirilən tətbiqetməni istifadə etdikdə digər rəqiblərinə nisbətən daha geniş funksionallığa sahib olduğunu görürük. Bu göstərici şirkətlər arasındakı rəqabətin müştərilər üçün müsbət nəticəsi kimi qiymətləndirilə bilər.

Enar Taxi-nin təklif etdiyi eyni anda limitsiz taksi sifarişi, sifariş edəcəyiniz avtomobilin taksi nişanı daşıyıb-daşımaması kimi yeniliklərlə yerli istifadəçilərə geniş seçim imkanı verir. Qlobal şirkətlərin əksinə olaraq yerli bazarı və istifadəçiləri dəqiqliklə analiz edən şirkətin təqdim etdiyi həllər öz sferasında bir ilkdir. Bundan əlavə olaraq qeyd etmək lazımdır ki, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərə bank kartları ilə ödəniş zamanı istifadəçilərdən alınan 18% ƏDV, yerli şirkət olduğu üçün Enar Taxi istifadəçilərinə şamil olunmur.

Yeni istifadəçilər üçün ilk şəhərdaxili gedişlərdə 50%-lik güzəşt vəd edən tətbiqetmə, bazara yeni daxil olmasına baxmayaraq artıq sürücülər və istifadəçilər tərəfindən maraqla qarşılanıb. Siz də şəhərin istənilən istiqamətinə rahatlıqla səyahət etmək üçün tətbiqetməni PlayStore və AppStore mağazalarından endirə bilərsiniz.

Qeyd edək ki, qiymətlərin ucuzluğu və fiks olması, kartla və kartsız ödənişlərin qəbulu, tətbiqetmənin sadə və funksional olması kimi xüsusiyyətlər hər yaşdan olan istifadəçilər üçün Enar Taxi-ni daha cazibədar hala gətirir.

1news.az izləyiciləri tətbiqetməni endirdikdən sonra BizeGel1newsaz promo kodundan yararlanaraq istədikləri zaman 50%-lik endirimdən istifadə edə bilərlər.

Reklam hüququnda

Paylaş:
2655

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər