Yeni seriyanın ilk təmsilçisi – Samsung Galaxy A10
Bir müddət öncə Samsung Banqkok şəhərində yeni Galaxy A 2019 xəttinin təqdimatını keçirmişdir.
Korpusun ön hissəsini bütövlüklə örtən İnfinity displeyini smartfonların fərqləndirici xüsusiyyəti kimi qeyd etmək olar. Cihazlar bir-birindən ekran icazəsi və frontal kameralar üçün nəzərdə tutulmuş “oyuqlar” ilə fərqlənir. Belə ki, məhsul xəttinin ilk təmsilçisi Galaxy A10 6.2” “sərhədsiz” V-displey ilə təchiz olunub. 1520x720 piksel təşkil edən HD+ icazəli displey ekranda baş verənlərin abu-havasına dalmağa imkan yaradır. Selfi kamerasının 5 MP-lik obyektivi ekranın yuxarı hissəsində V hərfini xatırladan “üçbucaq” formalı kəsiyində yerləşir. Kamera Face Recognition texnologiyasını dəstəkləyir. Belə ki, texnologiya bir göz qırpımında telefonun kilidini açmağa qadirdir, bunun üçün sadəcə smartfonu üzünüzə yaxınlaşdırmaq kifayətdir. Üz cizgilərini təyin etməyi bacaran Galaxy A10 ilə şəxsi məlumatlarınız daim yüksək dərəcəli qorunma altında olacaq. Smartfonun əsas kamerası 13 MP icazəli obyektivə və f/1.9 işıq gücünə sahib olan optikaya malikdir.
Həmçinin, Galaxy A10 ünsiyyətdən və sevdiyiniz kontenti izləməkdən uzun müddət zövq almanız üçün 3400 mAh həcmli akkumulyator ilə təchiz olunmuşdur. Korpusun ayrılmaz bir hissəsi olan akkumulyator smartfonun işləməsini bir gün və ya bir gün yarım olan müddət ərzində təmin etməyə qadirdir.
Yeni smartfonda istehsalçı 32 QB daxili yaddaş və 2 QB RAM təqdim edir. Öz növbəsində, daxili yaddaşı micro SD kart ilə 512 QB-ta qədər artırmaq mümkündür. Smartfon müstəqil slotlarla təchiz olunmuşdur ki, burada siz əlavə SİM kart və ya yaddaş arasında seçim etmək məcburiyyətində olmayacaqsınız.
Qeyd edək ki, smartfon artıq yerli bazarda da satışa çıxarılmışdır və dəyəri 279 AZN təşkil edir. Yeni Galaxy A xəttinin smartfonları haqqında ətraflı məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Reklam hüququnda