Narkotik satan baş redaktordan açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotik satan baş redaktordan açıqlama

12:33 - 03 / 05 / 2019
Narkotik satan baş redaktordan açıqlama

Bakıda narkotik alveri ilə məşğul olduğu üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılan baş redaktor Şəfəq Ağacan bu gün məhkəmə qarşısına çıxarılacaq.

Bu barədə baş redaktorun "Facebook" səhifəsində yazılıb.

Ş.Ağacanın adından yazılan məlumatda məhkəmə prosesinin Xətai Rayon Məhkəməsində baş tutacağı qeyd olunub..

Bundan başqa, Ş.Ağacana böhtan atıldığı iddia olunaraq bunlar yazılıb:

"Düşünürəm ki, yanıma planlı yerləşdirilən bir işçimin yardımıyla mənə böyük bir böhtan atılıb və şərlənmişəm. Mən həmişə narkomaniya bəlasına qarşı olan biri olmuşam. Uzun müddətdir də xəstəlikdən əziyyət çəkirəm və səhhətim yerində deyil".

AZXEBER.COM

Baş redaktor narkotik satarkən yaxalandı - BAKIDA

S.Xankişiyeva

 

Paylaş:
504

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər