PAŞA Sığorta şirkəti KASKO sığortası üzrə irihəcmli ödənişlər həyata keçirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

PAŞA Sığorta şirkəti KASKO sığortası üzrə irihəcmli ödənişlər həyata keçirib

12:45 - 03 / 05 / 2019
PAŞA Sığorta şirkəti KASKO sığortası üzrə irihəcmli ödənişlər həyata keçirib

Daim müştəri məmnuniyyətinin artırılmasında səylərini əsirgəməyən PAŞA Sığorta şirkəti 2019-cu ilin birinci rübündə irihəcmli sığorta ödənişlərini həyata keçirib.

Cari dövr ərzində həyata keçirilmiş yüksək məbləğli sığorta ödənişlərindən biri Suraxanı rayonunda Mercedes-Benz markalı avtomobilin hərəkətdə olan zaman sürücünün idarəetməni itirərək avtomobili dirəyə çırpması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlıdır. Avtomobil KASKO sığortalı olduğu üçün PAŞA Sığorta tərəfindən 17,330 AZN sığorta ödənişi həyata keçirilib.

Digər bir hadisə 2 avtomobilin iştirakı ilə baş verib. PAŞA Sığorta müştərisi olan BMW markalı avtomobil yolayrıcında Mercedes markalı avtomobillə toqquşub. BMW markalı avtomobilin sürücüsü PAŞA Sığortanın KASKO sığortası üzrə müştərisi olduğundan avtomobilə  dəymiş 15,002 AZN məbləğində zərər şirkət tərəfindən qarşılanıb.

Qeyd edək ki, PAŞA Sığorta şirkətinin təklif etdiyi KASKO könüllü avtomobil sığortası avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış kimi bir sıra risklərə təminat verir. PAŞA Sığorta şirkəti hadisəsi olmuş müştərilərə təmir prosesini onlayn izləmək imkanı da təqdim edir. Belə ki, zərərçəkən müştərilər avtoservisdə olan avtomobillərinin təmir prosesini telefon və ya kompüter vasitəsilə izləyə və təmirdə olan avtomobillərin cari vəziyyəti barədə ətraflı məlumat əldə edə bilərlər.

KASKO sığortasını əldə etmək üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz. 

Sığorta məhsulları barədə ətraflı məlumatı www.pasha-insurance.az saytından əldə edə bilərsiniz.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Reklam hüququnda

 

 

Paylaş:
836

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər