#Zakirixilasedək: Balaca körpənin böyük dərdi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

#Zakirixilasedək: Balaca körpənin böyük dərdi – FOTO – VİDEO

14:06 - 06 / 05 / 2019
#Zakirixilasedək: Balaca körpənin böyük dərdi – FOTO – VİDEO

Yaxın günlərdə redaksiyamıza 2017-ci ildə doğulmuş, körpə yaşlardan taleyin acı sınağı ilə qarşılaşan balaca Zakir Quliyevin valideynləri müraciət etdi.

Ötən ay ailəsi Zakirin sağlamlığında baş verən dəyişiklikləri görüb Azərbaycan Dövlət Tibb Universitetinin Tədris Klinik Biokimiya Laboratoriyasına, oradan B.Eyvazov adına ET Hematologiya və Transfiziologiya İnstitutuna və Mərkəzi Klinikaya müraciət edir.

Aparılan son müayinələr zamanı onda Kəskin Limfoblast leykoz BII (Common B) xəstəliyi aşkar edilir. Bu vəziyyət həm Zakir, həm də onun ailəsi üçün ağır imtahandır.

Hazırda balaca Zakirin həyatı ciddi təhlükə qarşısındadır. Xəstəliyin müalicədi var, lakin müalicələr olduqca bahalıdır, ailənin isə buna maddi imkanı yoxdur. Onun ailəsi Zəngilan rayonundan məcburi köçkündür. Atası Quliyev Məftum eşitmə qüsurludur və bu səbəbdən II qrup əlildir, anası evdar xanımdır. Ata heç yerdə işləmir, ailənin gəlir yeri yoxdur.

Həkimlər qeyd edib ki, Zakirin həyatını xilas etmək olar. Bunun üçün o, ilkin mərhələdə 7-8 aylıq müalicə kursu keçməlidir. Müalicə üçün 40 000 Azn pul lazımdır. Artıq bu gündən etibarən körpə Zakir kimya terapiya kurslarına başlayıb.

Hər kəsdən imkanı daxilində balaca Zakirə maddi kömək etməyiniz xahiş edirik.

Zakir Quliyevin xəstəliyi ilə bağlı bank rekvizitləri və tibbi arayışlar aşağıda dərc ediləcək.

Həmçinin onu adına FacebookInstagram sosial şəbəkələrində səhifə də açılıb.

Əl tutmaq Əlidən (imam) qalıb!

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
2374

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər