DSX rəisi Ermənistanla təmas xəttindəki bölmələrin döyüş fəaliyyətini yoxlayıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

DSX rəisi Ermənistanla təmas xəttindəki bölmələrin döyüş fəaliyyətini yoxlayıb – FOTO

12:09 - 08 / 05 / 2019
DSX rəisi Ermənistanla təmas xəttindəki bölmələrin döyüş fəaliyyətini yoxlayıb – FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ağstafa rayonu ərazisində hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Bu barədə 1news.az-a DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

E.Quliyev sərhəd döyüş məntəqələrində xidmət edən şəxsi heyətlə görüşüb, Ermənistan silahlı qüvvələrinin bölmələri ilə təmas xəttində sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması istiqamətində görülən işlərə baxış keçirib, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.

S.Xankişiyeva

Paylaş:
458

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər