Prezident xalq artistinə mənzil hədiyyə etdi – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezident xalq artistinə mənzil hədiyyə etdi – VİDEO

12:25 - 08 / 05 / 2019
Prezident xalq artistinə mənzil hədiyyə etdi – VİDEO

Prezident İlham Əliyev xalq artisti Qurban İsmayılova ev hədiyyə edib.

Bu barədə aktyor özünün video-müraciətində deyib.

O, dövlət başçısına minnətdarlığını bildiririb:

 “Cənab Prezident mənim mənzillə təmin olunmağım barədə göstəriş verdi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənə Yeni Yasamalda 3 otaqlı mənzil verildi. Buna görə mən cənab Prezidentə minnətdarlığımı bildirirəm. Ölkəmizin və xalqımızın rifahı naminə gördüyü işlərdə ona uğurlar arzu edirəm”.

Qeyd edək ki, Q.İsmayılov bundan öncə “Kristal Abşeron”da kreditdə olan birotaqlı mənzildə yaşadığını qeyd edib.

Buta.media

S.Xankişiyeva

 

Paylaş:
775

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər