Agentlik içərisindən qurd çıxan sosiska ilə bağlı araşdırmalara başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Agentlik içərisindən qurd çıxan sosiska ilə bağlı araşdırmalara başlayıb

12:41 - 08 / 05 / 2019
Agentlik içərisindən qurd çıxan sosiska ilə bağlı araşdırmalara başlayıb

Mediada sosiskaların içərisindən qurdların çıxması ilə bağlı yayılan görüntülərlə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalara başlanılıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildiriblər ki, araşdırmaların nəticəsində qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək:

"Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda videonun çəkildiyi tarix, məkan və müəssisənin adı, məhsulun əmtəə nişanını qeyd etməklə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər".

Qeyd edək ki, dünən paytaxtdakı marketlərdən birindən alınmış sosiskalardan qurdların çıxması barədə məlumatlar yayılmışdı.

S.Xankişiyeva

 

Paylaş:
607

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər