Xalq artisti Arif Məlikov vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artisti Arif Məlikov vəfat etdi

12:50 - 09 / 05 / 2019
Xalq artisti Arif Məlikov vəfat etdi

Xalq artisti, məşhur bəstəkar Arif Məlikov vəfat edib.

1news.az xəbər verir ki, bu barədə Ölkə.az-a bəstəkar Sədaqət Arifqızı məlumat verib.

85 yaşında dünyasını dəyişən görkəmli bəstəkarla vida mərasimi bu gün saat 14.00-da Bakı Musiqi Akademiyasında başlanacaq.

Qeyd edək ki, 1933-cü ildə anadan olan əfsanəvi bəstəkar  1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib və həmin ildən orada dərs deməyə başlayıb. .Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırıb.

Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunub.

2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub.

Dövlət mükafatı laureatı, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının professoru olub. "Şöhrət”, "İstiqlal”, "Heydər Əliyev” ordenlərinə layiq göülüb. 

Allah rəhmət eləsin!

1news.az

Paylaş:
797

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər