BƏƏ-dən İnnovativ Həll Yolları üzrə müsaqibə üçün 1 milyon dollar mükafat | 1news.az | Xəbərlər
Cəmiyyət

BƏƏ-dən İnnovativ Həll Yolları üzrə müsaqibə üçün 1 milyon dollar mükafat

14:59 - 10 / 05 / 2019
 BƏƏ-dən İnnovativ Həll Yolları üzrə müsaqibə üçün 1 milyon dollar mükafat

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İnnovativ Həll Yolları üzrə müsaqibə elan edib.

BƏƏ-nin Bakıdakı səfirliyindən 1news.az-a verilən məlumata görə, dəyəri 1 milyon dollar olan Beynəlxalq Su Mükafatı BƏƏ-nin vitse-prezidenti, baş nazir və Dubay əmiri olan Şeyx Məhəmməd bin Raşid əl-Maktum tərəfindən təsis olunub.

"BƏƏ suvarma" (Suqia) müəssisəsi – "Məhəmməd bin Raşid əl-Maktum Beynəlxalq Təşəbbüslər" Fondunun himayəsi altında fəaliyyət göstərən müəssisələrdən biridir. Bu təsis tərəfindən həyata keçirilən mükafat dünyada içməli su çatışmazlığının aradan qaldırılması üçün günəş enerjisindən istifadə etməklə suların təmizlənməsi və duzsuzlaşdırılması dair innovativ həllərə yönəlir.

Bir müddət öncə mükafatın ikinci mərhələsi elan edilib və noyabrın 30-da elektron müraciətlərin qəbulu başa çatır.

BƏƏ Suvarma müəssisəsinin hədəfləri təkcə ehtiyacı olanları içməli su ilə təmin etməkdən ibarət deyil. Belə ki, müəssisə həmçinin qlobal su böhranın həlli üçün innovativ və davamlı texnologiyaların yardım edə biləcəyi yolları müəyyənləşdirməyə çalışır. Biz su böhranının böyüklüyünün sadəcə su ilə təmin etmə anlayışından kənara çıxaraq fərqli yanaşma tələb etdiyini anlayırıq. Bunun üçün də, iqtisadiyyatı biliyə əsaslanan texnologiya, tədqiqat, yenilik və innovasiyalara diqqət yetirən Birləşmiş Ərəb Əmirlikləri dövlətinin hədəflərinə uyğun olaraq, vitse-prezident, baş nazir, Dubay əmiri Şeyx Məhəmməd bin Raşid əl-Maktumun təsis etdiyi, dəyəri bir milyon ABŞ dolları məbləğində olan mükafat təsis edib.

3 əsas kateqoriyadan ibarət olan mükafat dünyanın aparıcı tədqiqat, innovativ təşkilat və mərkəzlərinə yönəlir. Bununla da iştirakçıları təmiz içməli su istehsalı üçün günəş enerjisindən istifadə etməklə innovativ həll yolları tapmağa stimullaşdırır. Mükafat növləri aşağıdakılardır: 1. İnnovativ layihələr mükafatı. 2. Fərdi innovasiyalar mükafatı. 3. Tədqiqat və inkişafa dair innovasiya mükafatı.

Müsabiqədə iştirakla bağlı əlavə məlumat əldə etmək üçün aşağıdakı linkə müraciət etmək olar: 

https://www.suqia.ae/en/awards  /  https://www.suqia.ae/ar-ae/awards

 P.S.

 

 

Paylaş:
738

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər