Ramazanın beşinci günü: dua, imsak və iftar vaxtı – TƏQVİM

Bu gün Ramazan ayının beşinci günüdür.
1news.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:51-də, iftar isə saat 20:00-dadır.
Ramazan ayının beşinci gününün duası:
“Allahumməc’əlni fihi minəl-mustəğfirin vəc’əlni fihi min ibadikəs-salihinəl-qanitin vəc’əlni (fihi) min övliyaikəl-muqərrəbin birə’fətikə ya ərhəmər-rahimin!”
Tərcüməsi:
“Allahım, məni bu ayda istiğfar edərək bağışlanma diləyənlərdən et; məni bu ayda itaətkar və saleh bəndələrindən et; məni bu ayda yaхın övliyalarından et, mehribanlığına хatir ey mehribanların ən mehribanı!”
Allah orucunuzu qəbul etsin!
S.Xankişiyeva
603