MİDA Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyası keçirdi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

MİDA Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyası keçirdi – FOTO

12:33 - 10 / 05 / 2019
MİDA Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyası keçirdi – FOTO

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisində ağacəkmə aksiyası keçirilmişdir.

1news.az-a Agentlikdən verilən məlumata əsasən, aksiyanın əsas məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun, yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir. Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət onun layiqli davamçısı Möhtərəm Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Aksiya zamanı Mənzil İnşaatı Dövlət Agentliyi və onun tabeliyində olan “MİDA” MMC-nin 100-ə yaxın əməkdaşı tərəfindən 200-ə yaxın Eldar şamı əkilmiş, ərazidə olan bitkilərə qulluq göstərilmiş, yaşıllıq zonasının sahəsində təmizlik və abadlaşdırılma işləri aparılmışdır.

S.Xankişiyeva

Paylaş:
604

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər