Bakıda duman olacaq, bəzi rayonlarda yağış və dolu yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda duman olacaq, bəzi rayonlarda yağış və dolu yağacaq

13:23 - 15 / 05 / 2019
Bakıda duman olacaq, bəzi rayonlarda yağış və dolu yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti may ayının 16-na olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb  küləyi günün ikinci yarısında şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 15-17, gündüz  27-29 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu,nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.   

Azərbaycanın rayonlarında mayın 16-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı, leysan xarakterli olacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz  27-32, dağlarda gecə 8-13,  gündüz 17-22 dərəcə isti təşkil edəcək.

1news.az

Paylaş:
451

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər