Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

17:23 - 15 / 05 / 2019
Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Baş prokuror Zakir Qaralov mayın 24-də saat 10:00-da Gəncə Şəhər Prokurorluğunun inzibati binasında Gəncə şəhər, Samux və Göygöl rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Gəncə şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

1news.az

Paylaş:
691

Son xəbərlər

Bütün xəbərlər