Vladimir Zelenskinin andiçmə mərasiminin vaxtı məlum oldu | 1news.az | Xəbərlər
Siyasət

Vladimir Zelenskinin andiçmə mərasiminin vaxtı məlum oldu

17:05 - 16 / 05 / 2019
Vladimir Zelenskinin andiçmə mərasiminin vaxtı məlum oldu

Ukrayna Ali Radası yeni prezident seçilmiş Vladimir Zelenskinin andiçmə mərasiminin mayın 20-də keçirilməsi barədə qərar qəbul edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Ali Radada inauqurasiya mərasiminin tarixi ilə bağlı 7 layihə müzakirəyə çıxarılıb. Təklif olunan günlər mayın 17, 19, 20, 26, 28 və iyunun 1-i idi.

Ali Radada səsvermə nəticəsində böyük səs çoxluğu ilə inauqurasiyanın mayın 20-də keçirilməsi barədə qərar qəbul edilib.

1news.az

Paylaş:
540

Son xəbərlər

Bütün xəbərlər