Azərbaycan “Eurovision”un finalında – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycan “Eurovision”un finalında – VİDEO

09:24 - 17 / 05 / 2019
Azərbaycan “Eurovision”un finalında – VİDEO

İsrailin Tel-Əviv şəhərində 64-cü “Eurovision”  mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

1news.az-ın məlumatına görə, ilk olaraq səhnəyə Ermənistan təmsilçisi Srbuk “Walking Out” adlı mahnı ilə çıxıb. Onun ardınca İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstriya, Xorvatiya, Malta, Litva, Albaniya, Norveç, Niderland, Şimali Makedoniya, Rusiya və Azərbaycan təmsilçiləri öz nömrələrini göstəriblər. 

Ölkəmizi yarışmada təmsil edən Çingiz Mustafayev “Truth” mahnısı ilə 18-ci nömrə altında çıxış edib.

Çıxışların yekununda səsvermənin nəticəsi olaraq 10 ifaçı finala vəsiqə qazanıb.

Onlar Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Azərbaycan, Danimarka, Norveç, İsveçrə və Maltadır. 

Ermənistan, İrlandiya, Moldova, Latviya, Rumıniya, Avstriya, Xorvatiya, Litva isə finala vəsiqə qazana bilməyənlər sırasındadır.

Xatırladaq ki, birinci yarımfinalda finala vəsiqə qazanan 10 ölkə Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San Marino və Sloveniya olub.

Qeyd edək ki, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya və ev sahibi İsrail təmsilçiləri birbaşa finalda iştirak edəcəklər.

1news.az

Paylaş:
1490

Son xəbərlər

Bütün xəbərlər