Ən yüksək maaşlı şəhər məlum oldu | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ən yüksək maaşlı şəhər məlum oldu

16:30 - 23 / 05 / 2019
Ən yüksək maaşlı şəhər məlum oldu

Dünyada ən yüksək əməkhaqqı verən şəhər məlum olub.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, ABŞ-ın San-Fransisko şəhəri İsveçrənin Sürix şəhərini keçərək dünyanın ən yüksək maaşlı şəhərləri siyahısında ilk yeri tutub.

Bu barədə “Bloomberg” “Deutsche Bank”ın (Alman Bank) illik reytinqinə əsasən xəbər verir.

Araşdırmalar nəticəsində məlum olub ki, San-Fransiskoda orta əməkhaqqı vergi daxil olmaqla 6.5 min dollar, Sürixdə 5.9 min dollardır. Siyahının üçüncüsü Nyu-Yorkda isə bu rəqəm 4.6 min dollardır.

Ən yüksək maaşlı şəhərlər sırasında Boston, Çikaqo, Sidney, Oslo, Kopenhagen, Melburn və London da var.

1news.az

Paylaş:
548

Son xəbərlər

Bütün xəbərlər