Azərbaycanda mikroavtobus “Kamaz”a çırpıldı: ölənlər və yaralılar var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda mikroavtobus “Kamaz”a çırpıldı: ölənlər və yaralılar var - FOTO

09:57 - 23 / 05 / 2019
Azərbaycanda mikroavtobus “Kamaz”a çırpıldı: ölənlər və yaralılar var - FOTO

Bu gün səhər saatlarında Biləsuvar rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük avtomobili və “Ford” markalı mikroavtobus toqquşub.

Hadisə yerinə cəlb olunan Muğan Regional Mərkəzinin xilasediciləri mikroavtobusda olan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan digər 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

İlkim ehtimala görə, hadisəyə sürücünün yuxulu olması səbəb olub.

1news.az

Paylaş:
543

Son xəbərlər

Bütün xəbərlər