Bahar Muradova: Ermənistan daim Azərbaycan ərazilərini ələ keçirməyə çalışıb | 1news.az | Xəbərlər
Siyasət

Bahar Muradova: Ermənistan daim Azərbaycan ərazilərini ələ keçirməyə çalışıb

12:34 - 24 / 05 / 2019
Bahar Muradova: Ermənistan daim Azərbaycan ərazilərini ələ keçirməyə çalışıb

"Ermənistan daim Azərbaycan ərazilərini ələ keçirməyə çalışıb. Həm Cümhuriyyət dövründə, həm də sonralar Azərbaycan ərazilərinə iddia ilə çıxış ediblər".

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşündə deyib.

B.Muradova bildirib ki, o zaman Milli Şuranın İrəvanı Ermənistana paytaxt kimi verilməsi barədə qərarının ağrı-acılarını bu gün də hiss edirik: "Ancaq buna baxmayaraq, Milli Şura tariximizdə böyük rol oynayıb. Milli Şuranın əsas xidməti müdafiə qabiliyyətini möhkəmləndirmək, Bakıni işğaldan azad etmək olub. Bakı ermənilərin işğalından qurtularaq Azərbaycanın paytaxtına çevrilib".

Vitse-spiker qeyd edib ki, Milli Şura Zaqafqaziya Seymi əsasında təşkil edilmişdi: "Parlament seçkiləri keçirmək mümkün olmasa da, Milli Şura genişləndirildi, nəticədə 1918-ci ilin dekabrın 7-də parlament ilk işinə başladı və Azəbaycan dövlətçiliyi üçün mühüm qərarlar qəbul etdi".

B.Muradova əlavə edib ki, Birinci Dünya müharibəsinin nəticələri, Osmanlı imperiyasının məğlubiyyəti Xalq Cümhuriyyətinin süqutuna yol açdı: "Sovetlər dövründə Cümhuriyyət atributlarının ləğvi barədə qərarlar qəbul edildi. Cümhuriyyət qurucularının bir qismi repressiya qurbanı oldu, bir qismi isə mühacirətə getdi".

1news.az

Paylaş:
575

Son xəbərlər

Bütün xəbərlər