Dövlət Yol Polis İdarəsi müraciət yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Yol Polis İdarəsi müraciət yaydı

16:42 - 27 / 05 / 2019
Dövlət Yol Polis İdarəsi müraciət yaydı

2019-cu il 29 may tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi müraciət yayıb.

İdarədən 1news.az-a bildirilib ki, oyunla əlaqədar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sözügedən tədbir ərəfəsində paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlərin və ölkəmizə gələn digər xarici qonaqların təhlükəsiz, rahat və fasiləsiz hərəkət etmələri üçün həmin ərazilərdə may ayının 29-da nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu baxımdan, paytaxt sakinlərindən həmin tarixdə şəxsi nəqliyyat vasitələrindən deyil, ijtimai nəqliyyatdan isitifadə etmələri xahiş olunur.

S.Xankişiyeva

 

Paylaş:
532

Son xəbərlər

Bütün xəbərlər