Hərbi Dəniz Qüvvələrində 28 may - Respublika Günü qeyd olunub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Hərbi Dəniz Qüvvələrində 28 may - Respublika Günü qeyd olunub – FOTO

17:03 - 27 / 05 / 2019
Hərbi Dəniz Qüvvələrində 28 may - Respublika Günü qeyd olunub – FOTO

Hərbi Dəniz Qüvvələrinin (HDQ) bazasında 28 May - Respublika Günü münasibətilə bayram tədbiri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, müstəqilliyimizin keşməkeşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən danışıb, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin sərancamlarına əsasən bu tarixi günün hər il xalqımız tərəfindən bayram edildiyini vurğulayıblar.

Qeyd olunub ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət xalqımızın dövlətçilik ənənələrini yaşatmaqla müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olub, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərib. Ulu öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan Respublikası isə Xalq Cümhuriyyətinin siyasi varisidir.

Bayram tədbiri konsert proqramı ilə davam edib.

Sonda tədbirin təşkilində fəal iştirak edən qonaqlara HDQ-nin komandanlığı adından fəxri fərmanlar təqdim olunub.

S.Xankişiyeva

Paylaş:
744

Son xəbərlər

Bütün xəbərlər