Gulfstream Distribution tərəfdaşları ilə illik görüş keçirib – FOTO
Mayın 24-də Bakıda Gulfstream Distribution şirkətinin tərəfdaşları, istehsalçı şirkətlər və müştəriləri ilə illik görüşü keçirilib.
Şirkətin yaradılmasının ildönümünə həsr olunmuş görüş səmimi və mehriban şəraitdə keçdi. Tədbir iştirakçıları şirkətin bu il üçün planları ilə tanış olmaq, İT bazarın cari tendensiyalarını və inkişafını müzakirə etmək imkanı əldə etdilər. Görüş həmçinin tədbir çərçivəsində keçirilən əyləncə ilə də yaddaşlarda qaldı – qonaqlar maraqlı müsabiqələrdə, viktorinalarda iştirak etdi və qiymətli hədiyyələr qazandılar.
Tədbirdə çıxış edən Gulfstream Distribution şirkətinin direktoru Adil Əliyev qeyd etdi ki, son görüşdən keçən bir il ərzində şirkətin tərəfdaşlarının sayı ikiqat artıb.
O, şirkətin nailiyyətlərindən, həmçinin şirkətin inkişafı üzrə planlardan danışdı. A.Əliyev qeyd etdi ki, çox qısa zaman ərzində Gulfstream Distribution bazarın lideri səviyyəsinə çatmasının başlıca səbəbləri komandanın yüksək peşəkarlığı, vendorlara və tərəfdaşlara göstərilən diqqət və xidmətin keyfiyyətidir.
Şirkət başçısı vurğuladı ki, Gulfstream Distribution bundan sonra da yüksək korporativ standartlara riayət etməyə və yerli İT bazarının inkişafı üçün işləməyə davam edəcək.
Daha sonra təqdimatla Həllər şöbəsinin (Solutions Divisions) meneceri Emin Həsənov çıxış etdi. O, başçılıq etdiyi şöbənin işləri və əldə etdiyi uğurları barədə danışdı.
E.Həsənovun onu da qeyd etdi ki, şirkət 2018-ci ildə Huawei şirkətinin yeganə eksklüziv distribütoru oldu, bu il isə ona Azərbaycanda fəaliyyətini genişləndirməkdə dəstək olacaq. Həmçinin şirkət birlikdə bir neçə böyük layihə həyata keçirdiyi DellEMC distribyutoru olub.
Ötən il şirkət mükafatlarının sayını artıraraq CISCO Systems şirkətinin Azərbaycanda və Mərkəzi Asiyada ən yaxşı distribütoru seçildi.
Daha bir təqdimatla Volume Distribution Division meneceri Ziya Qasımov çıxış etdi. O, Gulfstream Distribution yeni layihələri, b2b və b2c seqmentlərdəki işlərdən danışdı və müştəriləri şirkətin təqdim edə biləcəyi logistik həllərlə tanış etdi. Həmçinin Ziya Qasımov ötən ildə Acer, Canon, Plantronics, Nec və digər istehsalçılarla birlkidə həyata keçirdiyi işlərdən də söz etdi.
Qeyd edək ki, Gulfstream Distribution şirkəti – Azərbaycan bazarında olan ən iri İT distribütorudur. Şirkət kompüter və rəqəmsal texnika, mürəkkəb infrastrukturlar üçün proqram təminatı və təhlükəsizlik sahəsində bulud həlləri kimi distribusiya seqmentlərini uğurla inkişaf etdirir. Hal-hazırda şirkət Cisco, Dell EMC, Huawei, Acer, Canon kimi 25 brendlə əməkdaşlıq edir.
Reklam hüququnda