Bu qəsəbələrdə su olmayacaq

Bu gün Bakının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə 1news.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Məlumata görə, magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar 3 iyun tarixində gün ərzində Suraxanı rayonu Qaraçuxur və Zığ qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1news.az
594