Azərbaycanda qılınacaq bayram namazının vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda qılınacaq bayram namazının vaxtı açıqlanıb

09:22 - 04 / 06 / 2019
Azərbaycanda qılınacaq bayram namazının vaxtı açıqlanıb

Sabah Azərbaycanda Ramazan ayı münasibətilə bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) 1news.az-a verilən məlumata görə, bayram namazının qılınması iyunun 5-də səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində baş tutacaq.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 6-na təsadüf edib, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 5-ə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

S.Xankişiyeva

 

Paylaş:
514

Son xəbərlər

Bütün xəbərlər