Təzə Pir məscidində bayram namazı qılınıb - FOTO

Bu gün Ramazan bayramı ilə əlaqədar Azərbaycanın bütün məscidlərində bayram namazı qılınıb.
1news.az xəbər verir ki, Təzə Pir məscidində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə bayram namazı qılınıb.
Qeyd edək ki, ilk bayram namazı saat 08:00-da paytaxtın "Əjdərbəy" məscidində qılınıb.
1news.az
893