Masazır dairəsində maşın dilənçi qadını belə vurdu - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Masazır dairəsində maşın dilənçi qadını belə vurdu - VİDEO

13:00 - 10 / 06 / 2019
Masazır dairəsində maşın dilənçi qadını belə vurdu - VİDEO

Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzasının baş vermə anı kameralara düşüb. 

1news.az-ın məlumatına görə, iyunun 2-də Xırdalanda baş verən dəhşətli qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb. 

Videodan görünür ki, Masazır dairəsi deyilən ərazidə “Mercedes” markalı avtomobil əvvəlcə piyadanı vurur, daha sonra işıq dirəyinə dəyərək onu aşırır.

Ağır xəsarət alan piyada digər maşınla xəstəxanaya aparılıb.

Qəzada ağır xəsarət alan 50-55 yaşlı qadının həmin ərazidə dilənçiliklə məşğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
863

Son xəbərlər

Bütün xəbərlər