MEGAFUN-da “Həyəcan mövsümü” Aygün rüzgarı əsdirəcək - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

MEGAFUN-da “Həyəcan mövsümü” Aygün rüzgarı əsdirəcək - FOTO

10:00 - 13 / 06 / 2019
MEGAFUN-da “Həyəcan mövsümü” Aygün rüzgarı əsdirəcək - FOTO

Avropanın ən böyük qapalı əyləncə mərkəzi olan MEGAFUN bir-birindən maraqlı layihələrlə ziyarətçilərini sevindirməkdə davam edir.

Belə ki, iyunun 14-də qiymətli hədiyyələrlə zəngin olan “Həyəcan mövsümü” uduşlu lotereyasına start veriləcək. Məhz həmin gündən etibarən MEGAFUN-ın qonağı olan hər bir şəxs burada əylənmək və istirahət etməklə yanaşı, uduşlu lotereyanın iştirakçısına çevriləcək.

“Bunun üçün nə etmək lazımdır” sualının sadə bir cavabı var. MEGAFUN Ticarət və Əyləncə Mərkəzindəki atraksionlarda əylənərkən, mağazalardan alış-veriş edərkən, restoran və kafelərdə ləzzət dolu anlar yaşayarkən, gözəllik salonlarında özünüzə qulluq edərkən xərclədiyiniz hər 50 manatın çekini təqdim edin, lotereya kuponunuza sahib olun və lotereya iştirakçısına çevrilin. Əmin olun ki, buna dəyər. Çünki  onlarla dəyərli hədiyyələrlə yanaşı, 2 Wolksvagen Polo avtomobili məhz sentyabrın 14-ə qədər öz sahibini gözləyəcək.

Sizcə, belə möhtəşəm aksiyayanın start düyməsinə kim basa bilər? Əlbəttə, Azərbaycan estradasının Divası, Xalq artisti Aygün Kazımova. MEGAFUN Aygün Kazımova ilə görüşə gəlmək arzusunda olanların hər biri üçün qucaq açır. Giriş tam pulsuzdur, izləyiciləri isə parlaq və əyləncəli şou gözləyir. 

Sizi iyunun 14-də və hər gün, hər zaman MEGAFUN-da gözləyirik! Gəlin, istirahət edin, əylənin, lotereyada iştirak edərək bir-birindən dəyərli hədiyyələr qazanın!

“Həyəcan mövsümü”nün bütün iştirakçılarına sevinc həyəcanını yaşamağı arzu edirik!

Reklam hüququnda

 

 

Paylaş:
913

Son xəbərlər

Bütün xəbərlər