Ən faydalı 10 GÖYƏRTİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Ən faydalı 10 GÖYƏRTİ

15:42 - 14 / 06 / 2019
Ən faydalı 10 GÖYƏRTİ

İnsanın gündəlik rasionunda meyvə-tərəzlərin olması çox vacibdir. Lakin göyərtilər də öz faydalı xüsusiyyətlərinə görə meyvə-tərəvəzlərdən geridə qalmır.

Biz çox vaxt göyərtilərə əlavə kimi, ədviyyat kimi baxırıq. Lakin du heç də belə deyil. Göyərtilərin gündəlik qəbulu (xüsusilə çiy şəkildə) insanın bütün orqan və sistemlərinə çox böyük müsbət təsir edir.

Göyərtilərin tərkibi çox zəngindir - mikro- və makroelementlər, vitaminlər, əvəzolunmaz aminoturşular, selluloz (qida lifləri) və s.

Medicina.az-a istinadən aparılan tədqiqatlar nəticəsində insan orqanizmi üçün ən faydalı on göyərtinin adını təqdim edirik:

- Yaşıl kələm
- Kahı
- Cəfəri
- Zəncəfilotu
- İspanaq 
- Çuğundur yarpağı 
- Pazı
- Çin kələmi
- Tərə 
- Tərxun

Müxtəlif mineral və vitaminlərlə zəngin olan həmin göyərtilər həzm sisteminə yaxşı təsir edir, beynin inkişafını gücləndirir, sümükləri möhkəmləndirir, toxumaları yaxşılaşdırır. Təqdim olunan məhsullarla qidalanmaq damar divarındakı problemləri də aradan qaldırır, qanı təmizləyir.

1news.az

Paylaş:
7087

Son xəbərlər

Bütün xəbərlər