Azərbaycana yay gəlir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana yay gəlir

10:48 - 21 / 06 / 2019
Azərbaycana yay gəlir

Yay fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov AZƏRTAC-a bildirib ki, yay fəslinin ölkəmizə qədəm qoyması iyunun 21-də yerli vaxtla saat 19:54-ə təsadüf edəcək. Həmin vaxt yay Günəş qarşıdurması anı adlanır.

Qeyd edək ki, payız sentyabrın 23-də Bakı vaxtı ilə saat 11:50-də (payız gecə-gündüz bərabərliyi), qış isə dekabrın 22-si saat 08:19-da (qış Günəş qarşıdurması anı) başlanacaq.

1news.az

Paylaş:
1136

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər