Nazir: Azərbaycan öz kibertəhlükəsizlik strategiyasını hazırlayır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: Azərbaycan öz kibertəhlükəsizlik strategiyasını hazırlayır

15:40 - 24 / 06 / 2019
Nazir: Azərbaycan öz kibertəhlükəsizlik strategiyasını hazırlayır

Bu gün dünyada rəqəmli transformasiya gedir. İnformasiya  texnologiyalarının son illərdə rəqəmsal hökumətin formalaşmasında bulud texnologiyaları mühüm rol oynayır.

1news.az xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə BMT-nin Bakıda keçirilən Dövlət Xidmətləri Forumunun sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, hökumət buludu dövlət idarəetməsində ən əhəmiyyətli tendensiyalardan biri hesab olunur,  ən yaxşı həllərdən biridir.

Nazir Azərbaycanda hökumət buludunun yeni yaradılmağa başladığını söyləyib. Prezidentin bununla bağlı fərman verdiyini, konsepsiya imzaladığını əlavə edib:

“Bunlar Azərbaycanda rəqəmsal hökumətin yaradılmasının başa çatdığını təsdiq edir. Hökumət buludu nazirliyin Data mərkəzində yaradılır”.

R.Quluzadə  kibertəhlükəsizliyə də toxunub. Deyib ki, rəqəmli transformasiyalar kibertəhlükəsizliyi ön plana çıxarır. Onun  sözlərinə görə, Azərbaycan öz kibertəhlükəsizlik strategiyasını hazırlayır:

“Ölkəmiz 2009-cu ildın fərdi məlumatların işlənməsi ilə bağlı konvensiyaya qoşulub. Bununla əlaqədar cinayət və inzibatu xətalar məcəllələrinə müvafiq dəyişikliklər edilib. Azərbaycan hökuməti cari ilin iyunun 27-də qüvvəyə minməsi gözlənilən Aİ-nin kibertəhlükəsizlik aktını yaxından izləyir və bu məsələyə xüsusi önəm verir. Hazırda hökumət tərəfindən “Azərbycan Kibertəhlükəsizlik strategiyası”nın qəbul edilməsi üzərində iş aparılır. Fərdi məlumatların qorunması da hökumətin diqqət mərkəzindədir”.

P.Sultanova

Paylaş:
649

Son xəbərlər

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22
Bütün xəbərlər