Smartfonlar üçün sürətli enerjidoldurma texnologiyası təqdim edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Smartfonlar üçün sürətli enerjidoldurma texnologiyası təqdim edilib

17:14 - 25 / 06 / 2019
Smartfonlar üçün sürətli enerjidoldurma texnologiyası təqdim edilib

Çinin "Vivo" şirkəti smartfonlarının enerji ilə doldurulması üçün "Super FlashCharge" texnologiyasını təqdim edib.

1news.az ICTnews-a istinadən bildirir ki, 120 vatt gücündə texnologiya 4000 milliamper/saat tutuma malik smartfonun akkumulyatorunu 13 dəqiqə ərzində enerji ilə doldurmağa imkan verir.

"Vivo" şirkətinin məlumatına görə, akkumulyatorun 50% şarjını doldurmaq üçün 5 dəqiqə vaxt lazımdır. Hazırda bu, smartfonların enerji ilə doldurulması üçün ən sürətli texnologiyadır.

Cari ilin martında "Xiaomi" şirkəti tərəfindən təqdim edilmiş 100 vatt gücündə "Super Charge Turbo" texnologiyası 4000 milliamper/saat tutuma malik akkumulyatoru 17 dəqiqə ərzində enerji ilə doldurmağa imkan verir.

1news.az

Paylaş:
616

Son xəbərlər

Bütün xəbərlər