Sevinc Həsənova: Azərbaycan İKT xidmətlərinin çatdırılması sahəsində qabaqcıl təcrübəyə malikdir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sevinc Həsənova: Azərbaycan İKT xidmətlərinin çatdırılması sahəsində qabaqcıl təcrübəyə malikdir

10:10 - 25 / 06 / 2019
Sevinc Həsənova: Azərbaycan İKT xidmətlərinin çatdırılması sahəsində qabaqcıl təcrübəyə malikdir

Azərbaycan müstəqilliyinin erkən mərhələsində dövlət xidmətlərinin təkmilləşdirilməsi və şəffaflıq, hesabatlılıq prinsiplərini üstün tuturdu.

1news.az xəbər verir ki,  bunu Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunda iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib. O bildirib ki, ASAN xidmət çox şəffaf şəkildə dövlət xidmətlərini çatdırır və  məmnuniyyət səviyyəsi çox yüksəkdir:

“Biz dövlət xidmətlərini daim təkmilləşdirməyə nail olmuşuq. Dayanıqlı İnkişaf Məqsədləri (DİM) proseslərinə qoşulduqdan sonra onun institutlaşdırılması barədə düşündük”.

S.Həsənova deyib ki, DİM proseslərinin mürəkkəbliyi çox güclü təsisatlar, dayanıqlı, davamlı yanaşmanı şərtləndirir və onu tələb edir: “Bunun icrası ilə bağlı siyasi iradə yerindədir və mövcuddur. Hesabatlılığın vacib olduğunu nəzərə alaraq monitorinq və qiymətləndirmə işçi qrupu yaradılıb”.

Nazir müavini qeyd edib ki, Azərbaycan İKT xidmətlərinin çatdırılması sahəsində qabaqcıl təcrübəyə malikdir və bunu da digər ölkələrlə paylaşmaq istəyər.

2020-ci ildə növbəti Bakı regional Dayanıqlı İnkişaf Məqsədlərinə dair forum keçiriləcək.

S.Həsınova vurğulayıb ki, İqtisadiyyat Nazirliyi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı ikinci könüllü milli hesabatı gələn ay BMT-yə təqdim edəcək.

P.Sultanova

Paylaş:
1408

Son xəbərlər

Bütün xəbərlər