Nazir: Yeni su mənbələri axtarmalıyıq | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: Yeni su mənbələri axtarmalıyıq

12:56 - 25 / 06 / 2019
Nazir: Yeni su mənbələri axtarmalıyıq

Azərbaycan əhalisinin 40 faizə yaxını Bakı və Abşeron yarımadasında yaşayır. Abşeron ərazisində yaşıllıq az olduğu üçün orda yeni ağacların əkilməsinə ehtiyac var.

1news.az  xəbər verir ki,  bunu Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunun sessiyasında çıxışı zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib. Onun sözlərinə görə, bunun üçün də yeni su mənbələri axtarmalıyıq.

Nazir bildirib ki, Abşeron coğrafi baxımdan səhra və yarımsəhra olduğundan suyun ənənəvi yolları yoxdur. Su şəhər ətrafından gəlir. Bu da bizim qarşımızda duran ən vacib məsələlərdən biridir.

P.Sultanova

Paylaş:
574

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər