Nazir: Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ölkəmizə verilən dəyərdir | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ölkəmizə verilən dəyərdir

13:41 - 01 / 07 / 2019
Nazir: Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ölkəmizə verilən dəyərdir

Azərbaycan hökuməti UNESCO-nun bu mühüm tədbirinə məmuniyyətlə ev sahibliyi edir. Tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə verilən dəyərdir.

1news.az xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda keçirilən Dünya İrs Komitəsinin 43-cü sessiyasına həsr edilmiş mətbuat konfransında deyib. O bildirib ki, komitə 10 gün ərzində Bakıda işini davam etdirəcək:

“150-dən artıq ölkədən 2500-dən çox iştirakçı qeydiyyatdan keçib. Tədbir günlərində iştirakçıların sayının artacağı gözlənilir. Sessiya çərçivəsində bəzi mədəni tədbirlər nəzərdə tutulub, həmçinin bütün muzeylərə giriş pulsuzdur”.

UNESCO-nun Baş direktorunun mədəni məsələlər üzrə müavini Ernesto Toni Bakıda olmaqdan  çox məmnun qaldığını deyib. Vurğulayıb ki, Bakı belə tədbirlərin təşkilində təcrübəyə malikdir: “Ümid edirik ku, bütün tədbirlər planlaşdırıldığı qaydada aparılacaq. Biz təşkilatçılığa görə təşəkkür edirik. Nümayəndə heyətləri də təşkilati işlərdən razıdırlar”.

Dünya İrs Mərkəzinin rəhbəri Mextid Rossler isə iclas günlərində 35 nominasiyanın nəzərdən keçiriləcəyini deyib.

“İki məkan var ki, onlar dağıntı təhlükəsi olan siyahıdan çıxarılacaq. Bunlardan biri  Betlehemdir ki, söhbət  kilsədən gedir, ikincisi Çilidəki məzar daşlarıdır. Onlar daha təhlükəli vəziyyətdə idi, hökumətlərin gördükləri işlərdən sonra təhkükə altında olan siyahıdan çıxarılıb ümumi siyahıya salınacaq”.

P.Sultanova

Paylaş:
447

Son xəbərlər

Bütün xəbərlər