Nazir Qarabağdakı mədəni irsimizdən danışdı: “UNESKO-dan dəstək gözləyirik”

20 ildən çoxdur ki, Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni irsi dağıdılır, onların istifadəsi ənənələrimizə zidd şəkildə həyata keçirilir.
1news.az xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda keçirilən Dünya İrs Komitəsinin 43-cü sessiyasına həsr edilmiş mətbuat konfransında deyib. O bildirib ki, bu, yolverilməzdir:
“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dünənki çıxışı zamanı bu məsələyə toxundu və Azərbaycanın UNESKO-nun köməyinə ümud etdiyini dedi. Araşdırma missiyasının qarşı tərəfin mövqeyinə görə həmin ərazilərə daxil olması baş tutmur. Biz ora daxil ola bilmədiyimiz üçün beynəlxalq qurumlardan, o cümlədən UNESKO-dan dəstək gözləyirik”.
P.Sultanova