Şəki Xan Sarayı UNESKO-nun Mədəni irs siyahısına daxil edilə bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəki Xan Sarayı UNESKO-nun Mədəni irs siyahısına daxil edilə bilər

14:30 - 01 / 07 / 2019
Şəki Xan Sarayı UNESKO-nun Mədəni irs siyahısına daxil edilə bilər

Şəki Xan Sarayının UNESKO-nun Mədəni irs siyahısına daxil edilməsi üçün uzun müddətdir ki, iş aparılır.

1news.az-ın məlumatına görə, bunu Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda keçirilən Dünya İrs Komitəsinin 43-cü sessiyasına həsr edilmiş mətbuat konfransında deyib. O qeyd edib ki, bununla bağlı komitə tərəfindən müəyyən şərtlər irəli sürülür.

“Hazırda bu istiqamətdə işlər görülür. Bu normal bir prosesdir. Son qərarı UNESKO-nun Dünya İrs Komitəsi verəcək, indidən bir söz demək çətindir”- deyə, nazir qeyd edib.

P.Sultanova

Paylaş:
2595

Son xəbərlər

Bütün xəbərlər