Bakıda bələdçilər üçün beynəlxalq təlim təşkil edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda bələdçilər üçün beynəlxalq təlim təşkil edilib

17:24 - 01 / 07 / 2019
Bakıda bələdçilər üçün beynəlxalq təlim təşkil edilib

Azərbaycan Turizm Bürosunun dəstəyi ilə Bakı şəhərində Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası və Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının yerli bələdçilər üçün təşkil etdiyi təlim keçirilib.

1news.az-ın məlumatına görə, təlimlər ərzində iştirakçılara beynəlxalq standartlara əsaslanan peşə etikası, gəzinti, avtobus və məkan kimi tur formatlarında praktiki və nəzəri biliklər, qrup psixologiyası, məhdud fəaliyyət qabiliyyətli turistlərlə iş, peşəkar tur planının tərtibatı kimi istiqamətlər tədris edilib.

Yeddi gün davam edən təlimlər mövzulara uyğun olaraq müxtəlif məkanlarda həyata keçirilib.

Belə ki, gəzinti turu üçün Nizami və Xaqani küçələri, avtobus turu üçün Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti və Koroğlu dairəsi, məkan turu üçün isə Milli Xalça Muzeyi seçilib.

Bələdçilərə düzgün mövqeləşmə, turizm obyekti haqqında dolğun informasiya vermək, tur ərzində təhlükəsizlik qaydalarına riayət etmək, Ümumdünya Turizm Təşkilatının təqdim etdiyi müasir turizm trendlərinə əsasən turun tərtibatı, bələdçi peşə etikası və ölkə təmsilçiliyi ilə bağlı informasiyalar verilib.

Avqust ayı ərzində təlimçilərin və moderatorun yekun yoxlamasından sonra uyğun bal toplamış iştirakçılar Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyası tərəfindən akkreditasiya edilmiş sertifikatlarla təltif ediləcəklər.

1news.az

Paylaş:
619

Son xəbərlər

Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11
Bütün xəbərlər