“Gilan” nizamnamə kapitalını artırdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Gilan” nizamnamə kapitalını artırdı

14:45 - 02 / 07 / 2019
“Gilan” nizamnamə kapitalını artırdı

İyun ayının əvvəlində “Gilan”-ın və Holdinqə daxil olan bəzi şirkətlərin nizamnamə kapitallarının artırılacağı barədə məlumat yayılmışdı.

Əldə olunan məlumata əsasən, iyun ayının 28-də şirkətin nizamnamə kapıtalının həcmi artırılaraq, 395,850,678 manata çatdırılıb. Daha əvvəl isə bu məbləğ 22,182,402 manat təşkil edirdi.

Xatırladaq ki, daha öncə yayılmış məlumata əsasən, nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilib ki, bu da Holdinqin maliyyə dayanıqlığının təmin edilməsi və bazar mövqelərinin gücləndirilməsi ilə əlaqədardır.

1987-ci ildən fəaliyyət göstərən “Gilan Holding”, qeyri-neft sektoru üzrə Azərbaycan iqtisadiyyatının inkişafı üçün irimiqyaslı layihələrə sərmayələr yatıran, həmçinin yerli məhsulların xarici bazarlarda tanınmasını və satışını təşkil edən aparıcı şirkətlər qrupundan biridir.

1news.az

Paylaş:
660

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər