Bir sıra marketlərdə yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bir sıra marketlərdə yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb

16:00 - 04 / 07 / 2019
Bir sıra marketlərdə yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb

Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikasında yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi istiqamətində işlər davam etdirilir.

1news.az-ın verdiyi xəbərə görə, artıq Bakı, Gəncə və Sumqayıt şəhərlərində müvafiq fəaliyyət sahələrində yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi üzrə birinci mərhələ çərçivəsində işlər icra olunur. Bu aparatlar ilkin mərhələdə yanacaqdoldurma məntəqələrində və şəbəkə sistemli marketlərdə quraşdırılır.

Görülmüş işlər nəticəsində yeni nəsil nəzarət-kassa aparatları şəbəkə sistemli marketlərdə də quraşdırılmaqdadır. Hazırda Bakı şəhərinin iri marketlər şəbəkəsində sistemin işə düşməsi üçün proqram təminatlarının Vergilər Nazirliyinin informasiya sistemi ilə inteqrasiya edilməsi üzrə işlərin yekunlaşdırılması və vergi ödəyicilərinin texniki imkanlarının yeni tələblərə uyğunlaşdırılması prosesi gedir. Bu proseslər əsas marketlər üzrə iyul ayı ərzində yekunlaşacaq.

"Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki"nin birinci mərhələsində “Bravo Supermarket”, “Bazarstore Supermarket”, “Al Market”, “Bizim Market”, “OBA Market”, “Araz Supermarket”, “Spar Supermarket”, “FAVORİT Supermarket”, “Neptun Market”, “Grand Mart”, “Avromart”, “Market FR”, “Səbət Market”, “Fresco Supermarket”, “Bolmart Supermaket”, “Port Baku Bazar”, “Megastore Market”, “Rahat Market”, “Kontinental Supermarket”, “West Mart”, “AİLƏ Supermarket”, “Sərham Market”, ”Caspian Cristal Gastranomy”, “Armo Store Market” mağazalar şəbəkələrinin inteqrasiyası nəzərdə tutulub.

Vergilər Nazirliyi bildirir ki, yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulmuş qrafik üzrə təsərrüfat subyektlərində təmin ediləcəkdir. Bu kassaların quraşdırılmasından imtina edilməsi, quraşdırılmasından sonra kassalardan istifadə olunmaması və yaxud nağd hesablaşma qaydalarının pozulması halları vergi qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinə səbəb ola bilər.

Yeni kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına, dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradacaq.

Əlavə olaraq bildirmək istərdik ki, yeni nəsil nəzarət-kassa aparatlarına dair daha ətraflı məlumatı bu günlərdə istifadəyə verilmiş https://e-kassa.gov.az internet səhifəsindən əldə etmək olar.

 

Paylaş:
803

Son xəbərlər

Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11
Bütün xəbərlər