AZAL və IATA arasında təhlükəsizliyinin təmin edilməsinə dair iki razılaşma imzalanıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL və IATA arasında təhlükəsizliyinin təmin edilməsinə dair iki razılaşma imzalanıb – FOTO

11:08 - 04 / 07 / 2019
AZAL və IATA arasında təhlükəsizliyinin təmin edilməsinə dair iki razılaşma imzalanıb – FOTO

Milli aviasiya günü münasibətilə Bakıda təşkil olunmuş "Aviation Day Azerbaijan" tədbiri çərçivəsində "Azərbaycan Hava Yolları" (AZAL) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) arasında təhlükəsizliyinin təmin edilməsi sahəsində iki razılaşma imzalanıb.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən, hər iki sənədi AZAL-ın prezidenti Cahangir Əsgərov və IATA-nın Avropa üzrə vitse-prezidenti Rafael Şvartsman imzalayıblar. Razılaşmaların əsas hədəfi IOSA (IATA İstismar Təhlükəsizliyi Auditi), ISAGO (Yerüstü Əməliyyatların Təhlükəsizliyi Auditi) və GADM (Aviasiya Məlumatlarının İdarə edilməsi Proqramı) kimi audit proqramlarının, habelə aeronaviqasiya sahəsində uçuşların təhlükəsizliyinə nəzarət üçün son standartların tətbiq edilməsidir.

"Azərbaycanda aviadaşımalar bazarı daima inkişaf etməkdədir. Ötən il ərzində sərnişin axını 4,7 mln. nəfər təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 11% çoxdur. Burdan dünyanın 29 müxtəlif ölkəsinə birbaşa reyslər həyata keçirilir. Bu, Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərmək ilə yanaşı, səyahət etmək istəyənlər üçün də böyük üstünlükdür", - deyə Rafael Şvartsman bildirib.

O, həmçinin qeyd edib ki, 2020-ci ildə IATA-nın ən mühüm beynəlxalq təhlükəsizlik konfranslarından biri – "Safety and Flight Ops Conference" Bakıda keçiriləcək.

Qeyd edək ki, AZAL artıq 26 ildir IATA-nın tamhüquqlu üzvüdür.

S.Xankişiyeva

Paylaş:
633

Son xəbərlər

Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32
Bütün xəbərlər