Azərbaycan reklam məkanında İLK: Digital dünyanın ən yeni trendi – native reklam formatları Adviad platformasında – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan reklam məkanında İLK: Digital dünyanın ən yeni trendi – native reklam formatları Adviad platformasında – FOTO – VİDEO

11:00 - 05 / 07 / 2019
Azərbaycan reklam məkanında İLK: Digital dünyanın ən yeni trendi – native reklam formatları Adviad platformasında – FOTO – VİDEO

“Native” reklam marketinqdə, eləcə də digital dünyada son bir neçə ilin ən sürətlə yüksələn trendlərindən biridir.

Statistikalar göstərir ki, ənənəvi reklamlarla müqayisədə “native” reklamlar 52% daha effektiv və satışayönümlüdür.

 

 

 

Bəs “native” reklam nədir?

Digital reklamların və kontent marketinqinin sürətli inkişafı daha effektiv reklam formatının yaranmasına gətirib çıxardı. Belə ki, ənənəvi reklam formatlarından fərqli olaraq, “native” reklamlarda müştəri öz istədiyi məhsulu istehlak edərkən reklam verən markanın mesajını görür və məhsula buradan yönləndirilir.

Məsələn, sosial şəbəkələrdə video izləyərkən çıxan reklam mətnləri, videolar və ya məqalələrin ortasında qarşılaşdığımız reklamlar nümunə kimi göstərilə bilər. Bu reklamlar yerləşdirildiyi məzmunla uzlaşdığı və əlaqəli olduğu üçün daha təbii (native) görünür əksər izləyicilərin (müştərilərin) diqqətini çəkir. Buna görə də, müasir media kanallarının 48%-i “native” reklamlardan birini istifadə edir, Google Ads, Amazon Ads, Facebook, Netflix, LinkedIn kimi qlobal bazarın nəhəngləri də onlara üstünlük verir.

Haqqında danışılan bu ideal reklam formatı artıq ilk dəfə olaraq ölkəmizdə Adviad platforması ilə reklamçılara, yayımçılara və reklam agentliklərinə əlçatandır. Adviad “native” reklamları lokal bazara uyğunlaşdırmaqla yanaşı, həmçinin lokal bazara uyğun öz xüsusi 6 formatını da yaradıb. Hər biri unikal olan və yüksək effektivlik gətirən bu 6 format texniki cəhətdən Azərbaycanda ilkdir və platformada istifadəçilərə təqdim edilir. Bundan əlavə, ilk dəfə olaraq lokal saytlarda hava dərəcəsinə görə reklam yerləşdirmək mümkündür.

Formatlar haqqında daha detallı məlumatı məqalənin sonunda oxuya bilərsiniz.

Əsas sual isə budur: “Native” reklam formatının üstünlükləri nələrdir?

Bu reklamlar digər outdoor, indoor və ya banner (digital da daxil olmaqla) reklamlardan bir çox üstünlüyü ilə seçilir:

- Ölçüləbiləndir;

- Yüksək keyfiyyətli məzmuna malikdir;

- Reklamın hansı istiqamətdə getdiyini və nəticələrini izləmək mümkündür;

- İzləyiciləri digər reklamlar kimi yormur, diqqəti təbii formada çəkdiyi üçün izləyici mənfi reaksiya vermir;

- Effektivliyi və təsir dairəsi olduqca böyükdir və s.

 “Native” reklam formatları ümumilikdə satın alma aktivliyini 18%, markaların tanınma səviyyəsini isə 2 dəfə artırır. Son illərin göstəriciləri də bunu sübut edir. Belə ki, markalarının 41%-i, reklam agentliklərinin isə 34%-i bu tip reklamlara üstünlük verir.

Marketinq dünyasında ilk və ya ilklərdən olmaq çox vacibdir. “Native” reklam formatlarından  istifadə etməklə siz də yerli bazarda ilklərdən ola bilərsiniz. Odur ki, reklamlarınızın daha güclü, təsirli olmasını, birbaşa hədəf kütlənizə çatmasını və satışlarınıza müsbət təsir göstərməsini istəyirsinizsə, mütləq Adviad platformasının “native” reklam formatlarından istifadə edin.

Adviad platformasındakı 6 fərqli “Native” reklam formatı:

1.Native Video

2. Native Vertical

3. Native Scroller

3. Native Scroller

4. Native Slideshow

5. Native 360

6.Native Carousel

Ətraflı məlumat üçün platformanın nümayəndəsi ilə əlaqə saxlayın.

Sayt: www.adviad.com

Telefon: (+99455) 511 01 54

E-mail: [email protected]

Son məlumatları əldə etmək üçün sosial şəbəkələrdə izləyin:

Facebook: https://www.facebook.com/AdviadAzerbaijan/

Instagram: https://www.instagram.com/adviadazerbaijan/

LinkedIn: https://www.linkedin.com/company/35654236/

Medium: https://medium.com/@adviad.az

Telegram: https://t.me/adviad

Reklam hüququnda

Paylaş:
1430

Son xəbərlər

Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22
Bütün xəbərlər