“Azercell-də 1 gün” adlı tədbir keçirilib  – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azercell-də 1 gün” adlı tədbir keçirilib  – FOTO

10:40 - 05 / 07 / 2019
“Azercell-də 1 gün” adlı tədbir keçirilib  – FOTO

Fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan Azərbaycanın telekommunikasiya sahəsinin lideri “Azercell Telekom” MMC 28 iyun tarixində ilk dəfə olaraq “Azercell-də 1 gün” adlı tədbir təşkil etdi.

Bununla da, Azercell tədbirə qatılan qonaqlara  şirkətin iş mühiti ilə yaxından tanış olmaq və İT sahəsinin aparıcı ekspertləri ilə məlumat mübadiləsində iştirak etmək üçün əvəzolunmaz fürsət yaratdı. Azercell-in İT və Big Data departamentlərinin mütəxəssisləri “Data Engineering and Machine Learning” kimi dövrün ən aktual mövzularına toxunaraq, öncədən müraciət əsasında seçilən 40-dək qonaq ilə öz zəngin təcrübələrini bölüşdülər və telekom sahəsinin ən son trendləri haqqında geniş məlumat təqdim etdilər. Tədbirdə iştirak edən müxtəlif şirkət əməkdaşları və ali təhsil müəssisələrinin tələbələri rəqəmsal dünyanın yenilikəri ilə tanış olmaq imkanından da yararlandılar.

Azercell Telekom bundan sonra da müasir gənclərin öz potensial imkanlarını reallaşdırması və peşəkar maraqlarının üzə çıxarılması məqsədilə müxtəlif təşəbbüs və layihələri həyata keçirməyə davam edəcək. 

Şirkətin İnsan Qaynaqları Departamentinin təqdim etdiyi ən son yenilikləri “Azercell Recruitment Team” LinkedIn səhifəsindən izləyin!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Reklam hüququnda

Paylaş:
431

Son xəbərlər

Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22
Bütün xəbərlər