Bakıda külək əsəcək, bəzi rayonlarda dolu düşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda külək əsəcək, bəzi rayonlarda dolu düşəcək

13:00 - 05 / 07 / 2019
Bakıda külək əsəcək, bəzi rayonlarda dolu düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyul ayının 6-na olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 27-31, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu,  nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti ilə bağlı bildirilib ki, Şimal və cənub çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24,  cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 6-da hava əksər rayonlarda əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

1news.az

Paylaş:
343

Son xəbərlər

Bütün xəbərlər