Azərbaycan 4 ölkəyə qızılgül yağı ixrac etməyə hazırlaşır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan 4 ölkəyə qızılgül yağı ixrac etməyə hazırlaşır

16:34 - 08 / 07 / 2019
Azərbaycan 4 ölkəyə qızılgül yağı ixrac etməyə hazırlaşır

Azərbaycan xaricə qızılgül yağı ixrac edəcək.

1news.az xəbər verir ki, bu barədə Trend-də "Azərrose" Məhdud Məsuliyyətli Cəmiyyətdən məlumat verilib.

Məlumata görə, şirkət xaricə qızılgül yağı ixrac etmək üçün danışıqlar aparır: "Artıq danışıqlar yekunlaşmaq üzrədir. Çox güman ki, yaxın vaxtlarda danışıqlar yekunlaşacaq və yağ ixracına başlayacağıq".

Şirkətdən bildiriblər ki, hazırda Fransa, İsveçrə, Almaniya və Bavariyaya qızılgül yağı və lavanda yağı ixrac etmək üçün danışıqlar aparılır. Şirkətdən qeyd ediblər ki, həmin yağları "Made in Azerbaijan" brendi altında, "Roseoil" və "Lavandoil" adı ilə ixrac edəcəklər.

1news.az

Paylaş:
667

Son xəbərlər

Bütün xəbərlər